Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Tərtər işi” ilə bağlı ittiham olunan generalın məhkəməsi təxirə salındı

Tarix: 30-11-2023 11:31     Baxış: 4212 A- / A+

“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun məhkəmə prosesi keçirilib.

Manevr.az
 xəbər verir ki, Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda bu gün hökm elan olunacağı gözlənilsə də, proses təxirə salınıb.Buna səbəb kimi təqsirləndiriləndlərdən biri Ziya Kazımovun məhkəməyə gəlməməsi göstərilib. Ev dustaqlığında olan mayor Ziya Kazımovun xəstə olduğu, prosesə gələ bilmədiyi bildirilib.
Prokuror Vüsal Mehrəliyev Ziya Məmmədovun növbəti iclasa məcburi gətirilməsini istəyib. Hakim Zeynal Ağayev isə təqsirləndirilən şəxsin müalicə aldığı tibb mərkəzinə sorğu göndəriləcəyini, iclasda iştrak etməmə səbəbi barədə həkim rəyinə əsasən, məcburi gətiriləcəyini bildirib.
Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Xatırladaq ki, prokuror Bəkir Orucovun və Ziya Kazımovun 12 il 6 ay, İntiqam Məmmədovla Ülvi Rəşidovun 10 il 6 ay, Rahib Məmmədovun isə 8 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucov və digərləri ötən il cinayət məsuliyyətinə cəlb ediliblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
B.Orucov və R.Məmmədov barəsində həbs, Ziya Kazımov və Ülvi Rəşidov barəsində istintaq dövründə alternativ qətimkan tədbiri seçilib.(apa)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar