Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Başlıbel soyqırımı: erməni vandalizminin növbəti təzahürü

Tarix: 28-11-2023 22:19     Baxış: 3173 A- / A+

Başlıbel soyqırımı: erməni vandalizminin növbəti təzahürü
Beynəlxalq Liberal Maarifçilik Mərkəzi İctimai Birliyinin (BLMM) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Başlıbel faciəsinə həsr edilən layihə çərçivəsində noyabrın 28-də Bakı Avrasiya Universitetində (BAU) tədbir keçirilib.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan BLMM-in sədri, layihə rəhbəri Hüseyn Ələsgərov layihənin əhəmiyyətindən bəhs edərək bildirib ki, Başlıbel faciəsi erməni işğalının ən ağır səhifələrindən biridir: “Bu baxımdan faciənin araşdırılması və təbliğ edilməsi hər zaman aktuallığını saxlayır”. 
 BAU-nun dekanı Mütəllim Rəhimli tədbirin əhəmiyyətini qeyd edərək, II Qarabağ savaşında qazandığımız zəfərdən sonra da tariximizin faciəvi izlərinin öyrənilməsinin vacibliyini bildirib.
 
Tanınmış jurnalist, Başlıbel soyqırımının əsas araşdırmaçılarından biri Elxan Salahov bildirib ki, 1993-cü il, aprelin 2-də Kəlbəcər ermənilər tərəfindən işğal edildikdən sonra rayonun Başlıbel kəndində 62 nəfər mühasirədə qalıb: “Onlar aprelin 18-də erməni quldurlarının hücumuna məruz qalmışlar. Qeyri-bərabər döyüşdə 14 nəfər şəhid olmuş, 18 nəfər isə girov götürülmüşdür. Salamat qalan 30 nəfər isə 113 günlük ağır mühasirə mücadiləsindən sonra çətinliklə salamat gəlib çıxa bilmişlər”.
 
Başlıbel ziyalılarının nümayəndəsi, iqtisad elmləri doktoru Aqil Əsədov Başlıbel soyqırımının yalnız bir faciə deyil, həm də qəhrəmanlıq nümunəsi olduğunu vurğulayıb və belə örnəklərin kifayət qədər olduğunu qeyd edib.
 
Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl tələbələrin və gənclərin iştirakı ilə belə tədbirlərin keçirilməsini yüksəl qiymətləndirib: “Gənc nəsil belə hadisələrdən xəbərdar olmalıdır ki, onu özündən sonrakı nəsillərə çatdıra bilsin. Həm də təkcə faciələrimizi deyil, xalıqımızın qəhrəmanlıq nümunələrini də öyrənsin”.
Tanınmış hərbi ekspert Üzeyir Cəfərov ermənilərin Qarabağın işğalı zamanı törətdikləri müharibə cinayətlərindən bəhs edib. Bildirib ki, Başlıbel soyqırımı da belə acı nümunələrdən biridir.
 
“Başlıbel” İctimai Birliyinin sədr müavini Nurəddin  Həşimov, tanınmış jurnalist Sultan Laçın və digər çıxış edənlər erməni vandalizminin çirkin üzünü ifşa etmək üçün belə mövzularda tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyindən danışıblar.
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar