Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
BÜTÜN XƏBƏRLƏR

Emil Əmiraslanov azadlığa buraxıldı

Tarix: 28-11-2023 13:19     Baxış: 3201 A- / A+

Dələduzluğa və rüşvətə təhrik etməyə görə məhkum edilmiş Bakı Humanitar Kollecinin sabiq rektoru Vaqif Əmiraslanovun oğlu Emil Əmiraslanov vaxtından əvvəl azadlığa buraxılıb.
Manevr.az-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Təqsirləndirilən Əmiraslanov 2020-ci ildə 3 nəfərin ümumilikdə 52 min manat pulunu ələ keçirməkdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O, 3 il sonra barəsindəki hökmdən apellyasiya şikayəti verib, Ali Məhkəmənin Plenum qərarına əsaslanaraq Cinayət Məcəlləsinin 32.4,312.2-cü (rüşvət verməyə təhrik etmə) maddəsinin ittihamdan xaric edilməsini, eyni məcəllənin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzasını çəkməsini nəzərə alaraq cəzadan azad edilməsini xahiş edib.
İlqar Murquzovun sədrlik etdiyi məhkəmə heyəti şikayəti təmin edib. E.Əmiraslanov məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Qeyd edək ki, İ.Əmiraslanov əvvəllər Yasamal Rayon Məhkəməsində məhkəmə iclasının katibi, məhkəmə icraçısı, 2012-ci ildən 2015-ci illərdə Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi işləyib. O, həm də millət vəkili, professor Əhliman Əmiraslanovun qardaşı oğludur.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar