Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Doğuş və dəfn pulları artırılır

Tarix: 27-11-2023 17:56     Baxış: 4155 A- / A+


Doğuş və dəfn   pulları ARTIRILIR
“Sosial müavinətlər haqqında” qanuna əsasən, vəfat etmiş şəxsin 18 yaşına çatmamış uşaqları, həyat yoldaşı, valideynləri ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malikdir. Burada hər hansı məhdudiyyət yoxdur.
Manevr.az xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu müavinət ömürlük verilə bilməz: “Burada məsələ ondan ibarətdir ki, ailə başçısına itirdiyinə görə müavinət məhz əmək qabiliyyəti olmayan insanlara verilir. 18 yaşıma çatmamış insanlara da bu müavinət təqdim olunur. Həyat yoldaşına isə yalnız uşağın 8 yaşına qədər uşağa qulluq məqsədləri üçün bu müavinətlər təqdim olunur. Bu qanunla tənzimlənən məsələdir”.

Nazir qeyd edib ki, bir çox hallarda rəhmətə gedən şəxsin varisləri bir neçə olur: “Ona görə müvafiq icra hakimiyyəti orqanının arayışı tələb olunur".
Nazir vurğulayıb ki, dəfn üçün birdəfəlik müavinətin məbləği artırılacaq: “Mərhələlərlə bu artırılacaq. Həm uşağın anadan olmasına görə, həm də dəfnə görə müavinətlər son 4 ildə 5 dəfə artırılıb. Bu artım tendensiyası davam etdiriləcək. Hər sosial islahat paketində də bu məsələyə bir daha baxılacaq".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar