Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sərnişinlər yolda qaldı, ödənişsiz avtobus və qatarlar ayrıldı

Tarix: 27-11-2023 09:29     Baxış: 4223 A- / A+
Dünən Ağstafadan Bakıya saat 16.30-da yola düşən 717 nömrəli sərnişin qatarı Goran stansiyası istiqamətində hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq səbəbindən 1 saatdan çox yolda qalıb. 

Manevr.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dəmir Yollarından (ADY) məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilməsində yaranmış nasazlığa görə Bakı Dəmiryolu Vağzalına gec çatan 717 saylı qatarın sərnişinləri üçün şəhər daxilində əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edilib. 717 saylı qatarın məlum səbəbdən yolda dayanması nəticəsində eyni marşrut üzrə hərəkət edən 705 saylı qatarın hərəkətində də 30 dəqiqə gecikmə qeydə alınıb. Qeyd edək ki, 717 saylı qatarla səfər edən sərnişinlərə səfər boyu ödənişsiz su və şirniyyat servis edilib. Eyni zamanda, ADY sərnişinlərin Bakı Dəmiryolu Vağzalından mənzil başına rahat və təhlükəsiz çatdırılması üçün 20 Yanvar dairəsi, Zığ və Bayıl istiqamətlərinə ödənişsiz avtobuslar, o cümlədən Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə əlavə də reys təyin edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar