Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
BÜTÜN XƏBƏRLƏR

“Nar” Laçın şəhərində ilk mağazasını açdı - Şəkil

Tarix: 25-11-2023 11:27     Baxış: 3230 A- / A+


“Nar” Laçın şəhərində ilk mağazasını açdı - FOTO

“Nar” Laçın şəhərində satış və xidmət mağazasını təqdim edən ilk mobil operator oldu.
Şəhərin mərkəzində yerləşən mağazada nömrələrin satışı, bərpası və digər xidmətlərlə yanaşı, mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir.
Yeni mağazanın açılışı ilə bağlı “Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib: “Laçın şəhərində mağazasını açan ilk mobil operator olmaqdan qürur duyuruq. Artıq Laçında da “Nar”ın üstün müştəri xidmətləri və sərfəli qiymətlərindən yararlanmaq mümkündür. “Nar” Qarabağda öz infrastrukturunu sürətlə genişləndirməyə davam edəcək”.
Regionlara xüsusi diqqət və sərfəli qiymət “Nar”ın müştəriyönümlülük strategiyasının əsas istiqamətlərindən biridir.  Mobil operator bölgələrdəki müştəriləri üçün özəl tariflər və yeni konsepsiyalı mağazalar təqdim edir. 
“Nar” mağazalarının geniş siyahısı və təklif olunan xidmətlər haqqında ətraflı məlumatı nar.az ünvanından əldə edə bilərsiniz.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar