Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qazaxda havanı çirkləndirən asfalt zavodunun fəaliyyəti dayandırılıb

Tarix: 24-11-2023 16:11     Baxış: 3236 A- / A+
Qazax rayonu ərazisində fəaliyyət göstərən asfalt zavodundan havaya tüstünün yayılması ilə bağlı bu günlərdə sosial şəbəkələrdə yayılan görüntü Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb və məlum olub ki, həmin video görüntü bu ilin avqust ayında çəkilib.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd edək ki, avqust ayında Xidmətin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı 28 saylı yol istimarı idarəsinin balansında olan asfalt zavodundan havaya tüstünün atıldığı müəyyən edilib. 
Araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun olduğu, lakin filtirlərinin dəyişdirilmədiyi səbəbindən havaya normadan artıq tüstünün yayıldığı məlum olub və faktla bağlı akt tərtib olunub. Zavodun rəhbərliyinə məcburi göstəriş verilib və fəaliyyəti müvəqqəti dayandırılıb.
17 noyabr 2023-cü il tarixində asfalt zavodun qaz-toz tutucu qurğusunun filtirləri dəyişdirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar