Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu evlərə çıxarışlar verilməyəcək

Tarix: 24-11-2023 13:28     Baxış: 4221 A- / A+

"Bəzi qadağan olunmuş yerlərdə tikilən evlərə çıxarışların verilməsi nəzərdə tutulmur".
Manevr.az bildirir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, həmin ərazilərə yüksək gərginlikli elektrik naqillərinin altında tikilən, dəmir yolu infrastrukturlarının yaxınlığında yerləşən, neft kəmərlərinin, su və qaz borularının tam üzərində tikilən evlər və s. daxildir:
"Qanunvericilikdə qeyd etdiyimiz ərazilərdə hər hansısa bir əmlakın tikintisi qadağandır. Amma digər tərəfdən qiymətləndirmə də aparılmalıdır. Məsələn, əgər yüksək gərginlikli elektrik naqillərinin altında böyük bir yaşayış məntəqələri salınıbsa, bu zaman elektrik naqilinin dəyişilmə xərci ilə ərazinin köçürülmə xərci müqayisə edilir. Hansı daha aşağı xərclə başa gəlsə o da reallaşdırılır. Bundan əlavə, vulkanik dağların ətrafında yerləşən evlərə də çıxarışlar verilmir. Bu da həmin ərazilərdə məskunlaşanlarda bir sıra problemlərə səbəb olur. Uzun illərdir vətəndaşlar orada evlərini tikib yaşayıblar, amma həmin ərazidə nə ünvan ala bilirlər, nə də qeydiyyata düşə bilirlər. Bu evlər köçürülmürsə orada yaşayan şəxslərə yaşama hüququ tipli bir sənəd verilməlidir. Belə olduqda vətəndaşlar əmlak və torpaq vergisi ödəyə və əmlaklarını sığortalaya  bilərlər".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar