Xəbər lenti
Qurumuş və qəzalı ağacların götürülməsinə dair aparılmış monitorinqlərin nəticəsi açıqlanıb - Şəkillər
Qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı növbəti maarifləndirici ictimai dinləmə olub. Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən tədbirdə Bakı şəhərində müxtəlif ünvanlar üzrə qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı müraciətlərə baxılıb, mövcud qanunvericiliyin tələblərindən söz açılıb.
İcra hakimiyyəti, bələdiyyə, QHT və KİV nümayəndələrinin, həmçinin müstəqil ekoloqların iştirakı ilə keçirilən görüşdə yaşıllıqların götürülməsi, bərpa dəyəri, mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlər də müzakirə edilib.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyəti sədrinin müavini İman Quliyev bildirib ki, mövcud yaşıllıqların qorunması məsələsi təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət istiqaməti deyil, buna görə icra hakimiyyətləri, o cümlədən bələdiyyələrin də üzərinə vəzifə düşür. Bələdiyyələr öz ərazilərində mövcud olan yaşıllıqlara mülkiyyətləri kimi yanaşmalı, vaxtında və düzgün aqrotexniki qulluq tədbirləri görməlidirlər. İdarə rəsmisi tərəfindən cari ilin sentyabr ayına qədər qurumuş və qəzalı yaşıllıqların götürülməsinə dair aparılmış monitorinqlərin nəticəsi açıqlanıb. Onun sözlərinə görə, paytaxtın Səbail rayonu ərazisində 13 müraciət üzrə verilmiş rəyin 8-i icra olunub. "Binəqədi rayonu üzrə 25 müraciət üzrə verilmiş rəyin 12-si, Yasamal rayonu üzrə isə 25 müraciət üzrə verilmiş rəyin 10-u icra olunub".
Tədbirdə iştirak edən ekoloqlar və QHT nümayəndələri də bildiriblər ki, yaşıllıq mülkiyyətçiləri üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirərək, vaxtında monitorinq və qiymətləndirilmə aparsalar, düzgün aqrotexniki qulluq göstərsələr, yeni-yeni yaşıllıqlar salsalar, ağacların kütləvi surətdə quruması, qəzalı vəziyyətə düşməsi problemləri azalar, bununla da ekologiyamıza böyük töhfələr vermiş olarlar.
İctimai dinləmədə bioloji inkişaf dövrünü erkən başa vuran, nisbətən tez qəzalı vəziyyətə düşən, şəhər yaşıllaşdırmasında istifadə olunmayan, əsasən yabanı halda bitən az qiymətli ayland cinsli ağacların da daha öncə qovaq ağacları ilə bağlı verilmiş birdəfəlik ümumi rəy əsasında götürülməsi təklifi verilmişdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar