Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şahid kimi məhkəməyə gətirildi, “yaddaşım itib” dedi

Tarix: 20-11-2023 23:31     Baxış: 3208 A- / A+
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı həbs edilənlərdən biri - Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyevin məhkəməsi davam edir.

Bakı Hərbi Məhkəməsində keçirilən iclasda şahid qismində Əlövsət Orucov ifadə verib.

Ə.Orucov tikinti və təmir işlərini həyata keçirən iki şirkətin rəhbəri olub. Şahidin dediyinə görə, nazirliyin Mənzil İstismar İdarəsi ilə müxtəlif vaxtlarda müqavilələr bağlayıb.

Nazirliyin əsas şərti isə köçürülən vəsaitin bir hissəsinin “otkat” şəklində geri qaytarılması olub:

“Mən Fikrət Mirzəyevlə danışıq aparmamışam. Bütün danışıqlar Mənzil İstismar idarəsinin əsaslı təmir şöbəsinin rəisi Rəhim Laçınovla olub. Müqavilənin şərtinə uyğun olaraq köçürülən vəsaitin 18 faizi nağdlaşdırılaraq nazirliyə qaytarılırdı”.

Şahid keçirdiyi koronavirus xəstəliyinə görə yaddaşının itdiyini, buna görə işlə bağlı detalları xatırlaya bilmədiyini bildirib:

“Bu işlə bağlı ikin istintaqın ortalarında koronavirusa yoluxdum. Xəstəliyi ağır keçirdim. Yaddaşım itib. Hələ də nə iy hiss edirəm, nə yadımda nə isə qalır”.

Məhkəmə prokurorun vəsatəti ilə şahidin əvvəlki ifadəsini elan edib.

Ə.Orucov istintaq dövründə geniş ifadə verib. O, deyib ki, 2014-2019-cu illərdə Müdafiə Nazirliyi ilə müqavilələr imzalayıb. 2014-cü ildə Əsaslı Tikinti şöbəsinin rəisi Əlizadə Babayev olub. 

Müqaviləyə əsasən şahidin şirkətlərinə 1 milyon 384 min manat köçürülüb. Həmin vəsaitin isə 117 min manatı “otkat” kimi nazirliyə qaytarılıb.

2016-cı ildən isə Fikrət Mirzəyev Mənzil İstismar idarəsinin rəisi təyin edilib. Onun dövründə şahidin şirkətləri ilə 7 milyon 41 min manatlıq müqavilələr imzalanıb. Həmin pulun isə 1 milyon 72 min manatı Müdafiə Nazirliyinə qaytarılıb”.

Proses dekabrın 4-də davam etdiriləcək.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. 

İş üzrə cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib. qafqazinfo 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar