Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bu ilin sonunda əfv sərəncamı gözlənilirmi? - AÇIQLAMA

Tarix: 20-11-2023 15:44     Baxış: 3239 A- / A+
“Cari ilin sonunda əfv sərəncamının olması ehtimalını yüksək hesab etmirəm”. 
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib. 
O bildirib ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb:
“Bu sərəncamın icrası may ayında baş tutub. Onu da qeyd edim ki, sonuncu əfv sərəncamı şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Cari ildə hər hansı əfv sərəncamının olması ehtimalını yüksək hesab etmirəm”.
Qeyd edək ki, Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı 801 nəfərə şamil olunub. Ümumilikdə isə sonuncu imzalanan əfv sərəncamı ölkədə icra edilən sayca 69-cu əfv sərəncamı olub. Eləcə də 1996-ci ildən etibarən bu günə qədər 12 amnistiya elan olunması haqqında qərar qəbul edilib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar