Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Pensiya alanlara şad xəbər – Yeni güzəştlər

Tarix: 20-11-2023 12:35     Baxış: 3234 A- / A+

“Dövlət Sosial Müdafiə Fondunundan (DSMF) pensiya və digər ödəniş alanlar üçün nağdsız alış-verişdə tərəfdaş şirkətlər tərəfindən güzəşt və endirimlər tətbiq olunacaq”.
Manevr.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov yeni “Sosial tərəfdaş” layihəsinin təqdimatında deyib.
Sədr bildirib ki, dövlət və özəl sektor arasında tərəfdaşlıq nümunəsi olan layihə DSMF-dən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan vətəndaşları əhatə edir:
“Həmin vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda pensiya və digər ödəniş aldıqları bank kartları ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunacaq. Müxtəlif şirkətlərlə birgə icrasına başlanılan layihə dövlət və özəl sektor arasında yeni tərəfdaşlıq və korporativ sosial məsuliyyət nümunəsidir. Layihə Fonddan sosial ödəniş alanlara dəstək, onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyır”.
O qeyd edib ki, ilin sonuna qədər endirim mexanizmi tədbiq olunan tərəfdaşların sayı 1000-dən artıq olacaq: “30 %-ə qədər endirimlərin edilməsi mexanizmi də sadədir, belə ki, vətəndaşlar kartlarını göstərərək bu xidmətdən yararlana biləcəklər. Yaxın zamanda təmaslı ödənişlərdə bunun tədbiqi mümkün olacaq. Ümumilikdə, 1 milyon 700 min nəfər endirimlərdən yararlana biləcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar