Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

İlon Maskın işçilərinin vəziyyəti ABŞ hökumətinin diqqətini çəkdi

Tarix: 20-11-2023 09:47     Baxış: 4212 A- / A+

"SpaceX", "Tesla" şirkətlərinin və "X" sosial şəbəkəsinin sahibi İlon Maskın şirkətlərində çalışan işçilərin travmaları və xəsarətləri ABŞ hökumətinin diqqətini çəkib.
Manevr.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı yayılan məlumata görə, ən azı üç deputat bu barədə araşdırma aparılmasının lehinə səs verib. Onların hamısı Demokrat Partiyasındandır və Kaliforniya, Nyu Cersi kimi ştatları təmsil edirlər.
Kaliforniyanın Elm, Kosmos və Texnologiyalar Komitəsinin baş demokratı Zoi Lofqren bildirib ki, mediada "SpaceX" şirkətinin işçilərinin xəsarət alması barədə xəbərlər dərin narahatlıq doğurur. O, buna çox ciddi yanaşmağın zəruriliyini vurğulayıb. Nümayəndələr Palatasının Təhsil və İşçi Qüvvəsi Komitəsinin üzvü Mark Takano da Lofqrenlə həmrəy olaraq eyni fikiri bildirib.
"SpaceX"də bu dəhşətli və tez-tez baş verən qayda pozuntuları qəbuledilməzdir. Xüsusilə federal hökumətin şirkətlə tərəfdaşlığı fonunda qurbanlara görə məsuliyyətə cəlb edilmənin vaxtı çoxdan çatıb", - deyə Takano bildirib.
"SpaceX" şirkəti yayılan xəbərlərlə bağlı hər hansı şərh verməyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar