Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda qarajda olan "Prius" dayanma-durmaya görə cərimələndi - ŞƏKİL

Tarix: 19-11-2023 18:14     Baxış: 4382 A- / A+

Bakıda qarajda olan "Toyota Prius" markalı avtomobilin sahibinə nəqliyyat vasitəsinin dayanma-durma qaydalarını pozduğuna görə cərimə protokolu gəlib.
Manevr.az-ın iqtisadiyyat.az-a istinadən məlumatına görə, cərimə protokolu sözügedən nəqliyyat vasitəsinin Xəzər rayonu Mərdəkən qəsəbəsində qarajda olarkən tərtib edilib.
Belə ki, avtomobilin sahibi Taryel Abdalov bildirib ki, protokol tərtib edildiyi barədə "SMS-Radar" vasitəsilə ona bildiriş gəlib.
Amma vətəndaş həmin protokolda dayanma-durma qaydalarını pozan nəqliyyat vasitəsinin "Ford" markalı avtomobil olduğunu görüb.
Məlum olub ki, ərazidə quraşdırılan nəzarət-müşahidə kamerası tərəfindən 99 NK 628 dövlət qeydiyyat nişanlı "Ford" markalı avtomobilin qaydanı pozmasına görə tərtib edilmiş cərimə protokolu texniki yanlışlıq olaraq 99 MK 628 dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sahibinə göndərilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar