Xəbər lenti
YAP Sumqayıt şəhər təşkilatı ağacəkmə aksiyası keçirib - Şəkillər

18 noyabr 2023-cü il tarixində YAP Sumqayıt şəhər təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Manevr.az-ın xəbərinə görə, aksiyada deputat Müşfiq Məmmədli, YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev, Nəsimi adına Mədəniyyət və İstirahət parkının rəhbəri Sultan Əsədov, Vətən müharibəsi Şəhidlərinin və Qazilərin övladları, bir qrup Qazi, “Sumqayıt” Futbol Klubunun mütəxəssisləri və partiya fəalları iştirak edib.
Aksiya zamanı qeyd olunub ki, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirmişdir. Yeni Azərbaycan Partiyası da Ulu Öndərimiz tərəfindən qoyulan bu ənənəni layiqincə davam etdirməkdədir.
Qeyd edək ki, aksiya zamanı sözügedən ərazidə 300-dən çox çinar və şam ağacları əkilib, ərazidə olan ağaclara aqrotexniki qulluq göstərilib.
Manevr.az





Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar