Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ağdamda 16 yaşına çatmayan qız ərə verilib? - AÇIQLAMA

Tarix: 18-11-2023 23:26     Baxış: 3275 A- / A+
 Ağdamda yeniyetmə qızın ərə verildiyi iddia edilib.

İddialara görə, qız toyu Ağdamın Qaradağlı kəndində baş tutub. Deyilənlərə görə, qızın 16 yaşı tamam olmayıb və o, öz doğma dayısı oğlu ilə evləndirilib.

Eləcə də iddia edilir ki, yetkinlik yaşına çatmayan qızın təhsil aldığı məktəbin direktoru onun evləndirilməsi ilə bağlı məsələyə etiraz edib. Məktəb direktoru narazılıq etdiyi üçün qızın valideynləri onu məktəbdən də çıxarıb. Yaxın günlərdə oğlan toyunun keçirilməsi planlaşdırılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Qaradağlı kəndində yaşayan həmin ailənin evinə gediblər:

“Araşdırma zamanı şəxslərin kimliyi müəyyənləşdirilib. 2008-ci il təvəllüdlü A.T. (şərti) ilə 2001-ci il təvəllüdlü S.Q.-nin (şərti) toyunun olması iddiaları təsdiqini tapmayıb:

“Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbətlər aparılıb. Onlara qanunvericiliyin tələbləri izah olunub. Qanunla nəzərdə tutulmuş evlilik yaşına çatmayan şəxslərin evləndirilməsinin hüquqi məsuliyyət yaratdığı ailələrin diqqətinə çatdırılıb.

Yetkinlik yaşına çatmayan qızın ən qısa zamanda tədris müəssisəsinə geri qaytarılması və təhsilinə qaldığı yerdən davam etməsi istiqamətində zəruri tədbirlər görülür”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, daxil olan məlumat əsasında aidiyyəti qurumlarla birlikdə araşdırma başlanılıb:

“Araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Manevr.az 





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar