Xəbər lenti
Voleybol üzrə ordu birinciliyi başa çatdı
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bağlanış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edənlər qalib komandalara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, hərbi qulluqçuların fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasında bu cür idman yarışlarının əhəmiyyətini xüsusi vurğulayıblar.
Bildirilib ki, müxtəlif qoşun növlərini və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən birincilikdə ümumilikdə 7 komanda mübarizə aparıb.
Sonda qalib komandalara diplom, kubok və medallar təqdim olunub, xatirə şəkli çəkdirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar