Xəbər lenti
"Laçın" postunda sərnişin keçidinin tikintisinə başlanıldı
Laçın rayonu ərazisində dövlət sərhədində buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə başlanılıb.
Manevr.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
"Ölkənin gömrük sərhədlərindən keçən malların və nəqliyyat vasitələrinin dövriyyəsi üzrə müşahidə olunan artıma cavab olaraq mövcud dövlət sərhədindən buraxılış məntəqələrinin yenidənqurulması və müasir tələblərə cavab verən infrastrukturun yaradılması məqsədilə tərəfimizdən müvafiq işlər aparılır", - Ş.Bağırov bildirib.
Onun sözlərinə görə, hazırda Astaraçay çayı üzərində yeni inşa edilmiş körpünün qarşısında avtomobil yolu üzərində müvəqqəti modul tipli dövlət sərhəd-buraxılış məntəqəsinin tikinti-quraşdırma işləri sürətlə davam etdirilir və qısa müddət ərzində işlərin tamamlanması planlaşdırılır.
“Eyni zamanda Azərbaycan ilə İran arasında dövlət sərhədində Araz çayı üzərində Zəngilan rayonunun Ağbənd qəsəbəsində yeni avtomobil körpüsünün və multifunksional dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi ilə əlaqədar layihələndirmə işləri aparılır", - DGK sədri əlavə edib.
O vurğulayıb ki, regionumuzda inkişaf etdirilməsi vacib olan mövcud və yeni nəqliyyat dəhlizlərinin təşviqi və icrası istiqamətində Dövlət Gömrük Komitəsi həm aidiyyəti dövlət orqanları, həm də dəhliz üzərində yerləşən ölkələrin müvafiq qurumları ilə sıx əməkdaşlıq edir: “Biz bu əməkdaşlığın təkcə ölkəmiz üçün deyil, bütün region dövlətlərinin gələcək inkişafı və regional inteqrasiyanın gücləndirilməsi baxımından da vacib olduğunu hesab edirik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar