Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Müğənni Leyla Rəhimova ərindən boşanır - Şəkil

Tarix: 15-11-2023 21:51     Baxış: 3748 A- / A+
Müğənni Leyla Rəhimova ərindən boşanır -
Müğənni Leyla Rəhimova və həyat yoldaşı Zaur Cəlil ayrılıb. Ailə qurduqdan sonra həyat yoldaşı ilə Amerikaya köçən Leyla uzun müddətdir ki, Bakıya qayıdıb.

Leyla boşanmaq üçün rəsmi olaraq məhkəməyə müraciət etdiyini açıqlayıb. Bu haqda "Rəngarəng səhər" proqramında danışan ifaçı barışmaq istəmədiyini söyləyib.

O bildirib ki, həyat yoldaşı onu Azərbaycana valideynlərini ziyarət etməyə gətirib:

"Hər zamankı kimi məni gətirdi və özü Amerikaya qayıtdı. Aramızda söz-söhbət olmuşdu. Amma bu cür edəcəyini bilmirdim. Sosial şəbəkədə yazdı ki, ayrılmışıq. Heç cür onunla barışmayacağam. Məhkəməyə də müraciət etmişəm".

Qeyd edək ki, Zaur "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son" deyə, o, paylaşımında yazıb.

Leyla tamaşaçılara "O səs Türkiyə" yarışmasından tanışdır. Leyla və Zaur 2016-cı ildə ailə qurub. Müğənninin həyat yoldaşı həm musiqi, həm də idmanla məşğul olur və uzun illərdir xaricdə yaşayır. Leyla da ailə qurduqdan sonra Amerikaya köçüb və sənətdən uzaqlaşıb. Cütlüyün 3 övladı var. axşam.az 

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar