Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
BÜTÜN XƏBƏRLƏR

“Veteranlara təzyiq iddialları həqiqəti əks etdirmir” - DİN

Tarix: 15-11-2023 10:26     Baxış: 4335 A- / A+



Paytaxtın Nəsimi rayonunda hərəkətin intensiv olduğu küçədə qanunsuz parklanma fəaliyyəti ilə bağlı vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında tədbirlər görülür.
Manevr.az bildirir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, bir qrup müharibə veteranı tərəfindən əhalinin və avtomobillərin intensiv hərəkət etdiyi əsas küçələrdən birində qanunsuz və intizamsız parklanma hərəkətin fasiləsiz təşkilində bir sıra çətinliklər yaradıb. Bunu nəzərə alaraq bu qanunsuz fəaliyyətin qarşısı alınmaqla, aidiyyəti icra orqanları tərəfindən həmin fəaliyyəti təşkil edən şəxsləri qayğılandıran halların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Polis əməkdaşları tərəfindən onlara qarşı təzyiq edilməsi iddialarına cavab olaraq N.Əliyev bildirib ki, Daxili İşlər Orqanlarında minlərlə Vətən müharibəsi iştirakçısı xidmət edir: "Tək sıralarımızda olanlar yox, hər bir veteranı maraqlandıran məsələyə qanun çərçivəsində tərəfimizdən dəstək verilir, onlara hörmət göstərilir. Hansısa müharibə veteranına təzyiq edilməsi iddiası mübahisəlidir, həqiqəti əks etdirmir.Hüquq qaydasının qorunmasına məsul olan polis əməkdaşları qanunla üzərinə düşən vəzifələri icra edir. Ərazini kütləvi şəkildə zəbt etməklə digər şəxslərin hərəkətinə mane yaradılması hüquq pozuntusudur və buna görə qanunamüvafiq tədbirlər görülür".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar