
Xəbər lenti
İstanbulda şadlıq və ziyafət salonlarında tədbirlərlə bağlı qadağa tətbiq edildi

Həyat təhlükəsizliyi səbəbi ilə tez alışan və partlayıcı maddələrdən istifadə edilməməsinə qərar verilib.
Bu barədə İSTDO prezidenti Adem Sönmez açıqlama verib.
O, İraqın Mosul şəhərində şadlıq sarayında atəşfəşanlığın səbəb olduğu yanğında 100-dən çox insanın həyatını itirdiyini xatırladıb.
Adem Sönmez qeyd edib ki, toy və xına mərasimlərində istifadə edilən vulkan, köpük və şamların yaratdığı təhlükə səbəbi ilə onların istifadəsinə qadağa qoyulub.
"Aldığımız qərara uyğun olaraq, xüsusilə qapalı ərazilərdə tədbirlər zamanı vulkan, şam, köpük, pirotexniki vasitələr, sprey balonlardan istifadəyə icazə verilməyəcək", - deyə o bildirib.
"Xüsusilə tez alışan maddələr zərərli qazlar buraxır. Qapalı məkanlarda körpələr və yaşlı insanlar bu səbəbdən nəfəs darlığı problemi ilə üzləşə bilirlər. Həmçinin belə tədbirlərdə qonaqlarımızın və öz əməkdaşlarımızın həyatı da təhlükə altında qala bilir. Bu səbəbdən də İraqda baş verən hadisədən sonra biz də belə bir qərar qəbul etdik", - deyə o nəzərə çatdırıb.
Adem Sönmez İstanbulda şadlıq sarayları bu qərara əməl etdiklərini, tədbir sahiblərinin də anlayışla qarşıladıqlarını vurğulayıb.
"Tətbiq etdiyimiz qadağaya 90 faiz nisbətində əməl edilir", - deyə o əlavə edib. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar