Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Kənddə evlənmək üçün qız qıtlığı: Oğlanlar etiraz yürüşü keçirəcək

Tarix: 14-11-2023 20:56     Baxış: 4284 A- / A+


Kənddə evlənmək üçün  qız qıtlığı:   Oğlanlar  etiraz yürüşü   keçirəcək Hindistanın cənub-qərbindəki Karnataka ştatında fermerlər kənddə evlənmək üçün qız qıtlığı barədə ictimaiyyəti məlumatlandırmaq üçün yürüş keçirməyi planlaşdırırlar.
Xarici medianın məlumatına görə, fermerlərin fikrincə, ölkədə qadınların və onların ailələrinin kənd həyatına bağlanmaq istəməməsi nəticəsində “nikah böhranı” hökm sürür.
“Biz heç bir cehiz istəmirik. Biz onlara - potensial arvadlara- kraliça kimi yanaşırıq. Amma buna baxmayaraq, ailələr qızlarını bizə vermək istəmirlər”, - 30 yaşlı fermer Santoş bildirib. Onun sözlərinə görə, dekabrda keçirilməsi planlaşdırılan yürüşün məqsədi bu sosial problemə diqqət çəkməkdir.

Son illərdə Hindistan kəndlərində toyların sayı iki dəfə azalıb. Hətta fermer atalar da qızlarını qonşu oğlanlara ərə vermək istəmirlər, qızları şəhərlərə oxumağa göndərirlər və ya ciddi peşəsi, sabit gəliri olan şəhər sakinləri arasında özünə uyğunlarını axtarırlar.
Nəticədə arvad tapmaq çoxlu fermerlərə, bəzən hətta illər deyil, onilliklər tələb edir. Bu problem çox vaxt intihara səbəb olur.
Hindistanda fermerlərin ümumi sayının orta hesabla 100 milyon olduğu təxmin edilir. Hesablama və qeydiyyat üsulları və sistemləri müxtəlif olduğundan rəsmi mənbələrdə dəqiq rəqəm verilmir.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar