Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aqil Məmmədov: "Xankəndi paradı tariximizin şərəf səhifəsidir"

Tarix: 10-11-2023 13:50     Baxış: 3274 A- / A+
“Xankəndində keçirilən hərbi parad Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, eyni zamanda, hərbi qüdrətinin nümayişi baxımından bütün dünyaya ciddi mesaj oldu. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev öz nitqində bölgədə yaranmış yeni reallıqlarla hər kəsin barışmalı olduğunu bəyan etdi”.
Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkili bildirib ki, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi hətta, xəyal edilməyənlərin gerçəyə çevirilməsi baxımından tariximizdə görünməmiş hadisədir, tariximizin şərəf səhifəsidir: “200 ilə yaxındır bu bölgədə xarici qüvvələrin də dəstəyi ilə zaman-zaman separatçılıq, Azərbaycan xalqına qarşı terrorçuluq, soyqırımı hərəkətləri olub. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Cənab Prezidentin də çıxışında qeyd etdiyi kimi Xankəndi azad olunmadan, bu işlər tam başa çatmış sayılmırdı. Bu haqdda Cənab Prezident bildirdi: “44 günlük müharibə zamanı çoxlu xarici media nümayəndələrinə müsahibələr verərək, təbii ki, bizim planlarımız haqqında mən danışa bilməzdim. Halbuki suallar demək olar ki, təkrarlanırdı. Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər - sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün”.
A.Məmmədovun sözlərinə görə Ali Baş Komandan Xankəndindəki çıxışında Azərbaycan ordusunun, əsgər və zabitlərimizin qazandığımız qələbədəki misilsiz rolunu bir daha qeyd edib: “Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi”.
20 il ərzində aparılan sistemli iqtisadi-siyasi, hərbi, diplomatik siyasət nəticəsindən Azərbaycanın uğurlar əldə etdiyini xatırladan millət vəkili qeyd edib ki, bu uğurlar bütövlükdə Azərbaycanın qələbəsini təmin etdi: “Cənab Prezident həmçinin, çıxışında bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq vurğuladı. 44 günlük müharibədəki qələbədən sonra da, Azərbaycan öz hərbi büdcəsini artırmaqda davam edir. Bu bir daha ölkə rəhbərliyinin müdrik, uzaqgörən baxışının nəticəsidir. Hazırda, dünyada qlobal təhlükəsiz baxımından tarazlığın pozulduğu bir vaxtda təhlükə yalnız Ermənistan hesab oluna bilməz. Azərbaycan hər zaman güçlü ordusu ilə təhlükəsizliyinə ciddi təminat yaratmalıdır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar