Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda tikinti layihələrinə dair ekoloji qiymətləndirmə aparılıb

Tarix: 06-11-2023 22:47     Baxış: 3250 A- / A+
Bakıda tikinti layihələrinə dair ekoloji qiymətləndirmə aparılıb
Bakı şəhərində dövlət qurumları və özəl təşkilatlardan daxil olan tikinti layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi, ictimaiyyətin məlumatlandırılması və ekoloji rəyin verilməsi məqsədilə növbəti ictimai dinləmə keçirilib.

⁶Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən tədbirdə "Bakı Metropoliteni” QSC tərəfindən Nəsimi rayonu, C. Məmmədquluzadə küçəsində inşa olunan "B04” stansiyasının çıxışları, ADA Universitetinin yaxınlığında Azərbaycan-İtaliya Universitetinin tikintisi üçün ayrılmış sahədə, Nəsimi rayonu, Bakıxanov küçəsi, 631-ci məhəllədə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin yeni inzibati binasının tikintisi üçün ayrılmış torpaq sahəsində, eyni zamanda Xətai, Binəqədi, Sabunçu, Nizami və Nərimanov rayonları ərazisindəki tikinti şirklətləri tərəfindən inşa olunan layihələrdə layihə altına düşən yaşıllıqların köçürülməsinə dair müzakirələr aparılıb. 

Əsas məqsədin yaşıllıqların mümkün dərəcədə qorunması, artırılması, götürülməsinə rəy verilmiş ağacların öncədən ayrılmış ərazilərə standartlara uyğun qaydada köçürülməsi, yaşıllıqlarin bioloji inkişafdan qalmasına yol verilməməsi və sonrakı illərdə də onlara mütəmadi düzgün aqro-texniki qulluq göstərilməsi olduğu bildirilib.  

Tədbirdə layihələri ictimai dinləməyə çıxarılan dövlət qurumlarının və şirkətlərin nümayəndələri tikinti zamanı götürüləcək yaşıllıqlarla bağlı öhdəliklərini, bərpa dəyərini açıqlayıb, ətraf mühitin mühafizəsi istiqamətində görəcəkləri tədbirlərdən danışıblar. 

Agentlik daxilində fəaliyyət göstərən Rəy və icazələrin monitorinqi şöbəsinin əməkdaşları tərəfindən bir müddət sonra həmin ərazilər üzrə monitorinq keçiriləcəyi və nəticələr barədə məlumatların təqdim olunacağı qeyd olunub.

İctimai dinləmədə Binəqədi rayonunda ağacların kəsilməsi faktı ekoloqlar və qeyri-hökumət təşkilatları nümayəndələri tərəfindən də sərt şəkildə qınanıb, belə halların yolverilməz olduğu diqqətə çatdırılıb.

Manevr.az 

Bakıda tikinti layihələrinə dair ekoloji qiymətləndirmə aparılıb
 
Bakıda tikinti layihələrinə dair ekoloji qiymətləndirmə aparılıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar