Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ərli qadın kirəçisindən hamilə qalıb - Deyir ki, uşaqlardan birinin atası mənəm...

Tarix: 06-11-2023 09:07     Baxış: 4238 A- / A+

Azərbaycanda ərli qadın kirəçisindən hamilə qalıb - Deyir ki, uşaqlardan birinin atası mənəm...

Azərbaycan Tibb Universitetinin dosenti, əməkdar müəllim Rəşid Mahmudov son vaxtlar məişət mövzularının telekanallarda və mətbuatda geniş müzakirə olunmasından narahatlığını dilə gətirib. Tanınmış alim bu cür müzakirələrin efirə yol tapmasının mənəvi aşınmaya səbəb olacağını bildirib.

Rəşid Mahmudov ailə-məişət problemlərinin ictimai müzakirəyə çıxarılmasının doğru olmadığını bildirib:

"Zəng edib soruşurlar ki, Doğuş Xoşqədəmə xəyanət edib. Buna necə baxırsınız? Ayıbdır! Ölkənin o qədər problemi, dərd-səri var ki... Niyə onlardan danışıb-yazmırsınız? Yaxşı jurnalist bu problemlərdən yazar. Başqasının ailə-məişət problemi sizə qalıb? Mən o qədər şeylər bilirəm ki! İndi durub hamısını danışım? Hər şeyin bir ölçüsü, əndazəsi olmalıdır!"

Rəşid Mahmudov sosial məzmunlu televerilişlərdə şəxsi həyata müdaxilənin yolverilməz olduğunu bildirib. Qeyd edib ki, telekanallar çox vaxt etik qaydaları gözləmir:

"Bu yaxınlarda efirə bir oğlan çıxmışdı. Kiminsə evində kirayədə qalıb. İndi deyir ki, uşaqlardan birinin atası mənəm. İnsan öz şəxsiyyətini necə bu qədər alçalda bilər?".

Sonda Rəşid Mahmudov bu cür müzakirələrdə iştirak edən insanları özünə hörmət etməyə səsləyib. milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar