Xalq yazıçısı Anar "Künc-Bucaq" kanalının "Səkkizinci Gün" proqramına müsahibə verib.
Manevr.az-ın xəbərinə görə, Anar müsahibəsində müxtəlif maraqlı məqamlara toxunub.
Belə ki, o, Sovet hakimiyyəti dönəmində və ondan sonra Azərbaycana rəhbərlik etmiş dövlət başçıları ilə münasibətlərindən danışıb:
"Qorbaçovla 3 dəfə görüşümüz olub. İlk görüşümüzdə "20 Yanvar" faciəsi və Qarabağ hadisələri barədə danışmışdıq. O mənə dedi ki, sizin xalqınız məni qaniçən adlandırır. Mən də "yox bu belə deyil" demədim. Dedim ki, bunu həmin dəhşətli gecədə əzizlərini itirən adamlar deyirlər".
Xalq yazıçısı Anar AYB sədri seçildiyi gündən bəri Azərbaycana rəhbərlik etmiş bütün dövlət başçıları ilə normal münasibətlərdə olduğunu, lakin Heydər Əliyevə xüsusi hörmət bəslədiyini, torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü bərpa edən Prezident İlham Əliyevə minnətdar olduğunu bildirib.
Yazıçı Əkrəm Əylisli ilə bağlı sualı cavablandıran Anar qeyd edib ki, bir dəfə ona zəng etmək istəsə də, sonra fikrindən daşınıb:
"Bir dəfə bizim nəslin yazıçıları ilə oturmuşduq. Söhbət oldu ki, bir gün onu zəng edib çağıraq. O gəncliyində başqa adam idi, indi başqa. Zəng etsəm düşünəcəkdi ki, bunu mənə yuxarıdan tapşırıblar, ona görə zəng etmədim".
Yazıçı Çingiz Abdullayevin Azərbaycan dilini bilməməsi barədə suala da özünəxas sakitliklə cavab verən yazıçı "Nizami də farsca yazıb, ona bizimkidir deməyək? Bəli, yazıçı öz dilini bilməlidir, amma Çingiz Abdullayev də öz dilini bilir və danışır".
Kəramət Böyükçölün Anarın yaradıcılığını tənqid etməsi barədə sualı cavablandıran Xalq yazıçısı ömrünü Kəramət kimi yaşamadığına görə qürur duyduğunu bildirib:
"Kəramət məni tənqid etməyi özünün ən böyük uğuru hesab edir".
Xalq yazıçısı Anarın geniş müsahibəsinə aşağıda baxa bilərsiniz:
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar