Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərə ŞAD XƏBƏR: Hər biri mənzil sahibi OLACAQ

Tarix: 04-11-2023 21:10     Baxış: 4362 A- / A+
Gələn il Azərbaycanda dövlət büdcəsindən kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 121,7 milyon manat ayrılması nəzərdə tutulur. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçulara mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 35 milyon manat məbləğində vəsaitin ayrılması planlaşdırılır.

Bəs bu qərar tam olaraq nələri dəyişəcək?

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Referans.az-a açıqlamasında bildirib ki, yeni qərar sayəsində hərbçilərin mənzil alması asanlaşdırılacaq:

“Əslində hələ qaydalarla bağlı doğru-dürüst bir mexanizm açıqlanmayıb. Amma başqa ölkələrin təcrübəsi və Azərbaycanda da əvvəllər bəzi təcrübələri öyrənərkən görürük ki, bu çox güman dövlət tərəfindən verilmiş mənzillər olacaq. Dövlətin özü tərəfindən mənzillə təmin olunacaqlar. Yəni vəsait ayırılması yox, mənzil ayırılması nəzərdə tutulub və çox güman ki, bu da hərbçilərimiz üçün çox gözəl bir xəbər olacaq”.

İqtisadçı qeyd edib ki, əgər belə baş verərsə, çox güman ki, növbəlilik prinsipi olacaq. Onun sözlərinə görə, hərkəsin birdən mənzillə təmin olunması çətin bir prosesdir: “Ən azından hər il mənzillərin sayı artdıqca, kifayət qədər ciddi şəkildə bu problem öz həllini tapa bilər. Yəni hərbçilərimiz doğurdan 20 illik qulluqdan sonra bu işi görməlidir”.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar