Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Minimum orta aylıq pensiya və maaş heç də az deyil

Tarix: 04-11-2023 17:39     Baxış: 3384 A- / A+

Minimum orta aylıq pensiya və əməkhaqqı regiona görə heç də az deyil.
Manevr.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində səsləndirilən suallara cavabında deyib.
O bildirib ki, gələn il üçün ölkədə yaşa görə orta aylıq pensiyanın məbləği 516 manat müəyyən edilib və bu rəqəmə Azərbaycan üçün az demək olmaz:
"Minimum pensiyaya görə minimum əmək haqqı MDB məkanı sırasında həm nominal, həm də alıcılıq qabiliyyətinə görə birinci və ya ikinci yerdədir. Minimum orta aylıq pensiya və əmək haqqı regiona görə heç də az deyil, amma arzulolunan səviyyədən aşağıdır”.
S.Babayev bildirib ki, orta aylıq pensiya daha sürətlə artıb:

"Çünki burada ciddi şəkildə aşağı seqmentdə olan minimum pensiya məbləği 2.7 dəfə artdı. Bunun təsiri ilə pensiyaların növbəti orta aylıq əməkhaqqına görə indeksasiyası ilə orta aylıq pensiya faktiki olaraq 4 il əvvəlki rəqəmlə 2.5 dəfəyə yaxın artıb. Növbəti il indeksasiya baş verəndə orta aylıq pensiyamız da 10 faiz artacaq. Bu da baza ilə müqayisədə artımımızı ciddi şəkildə artıracaq”.
Nazir vurğulayıb ki, hökumətlə mütəmadi şəkildə bu kimi məsələlər müzakirə edilir:
“Əlimizdə əməkhaqqı sisteminə təsir edəcək ən təsirli alət minimum əməkhaqqıdır. Elə həddə çatmaq lazım deyil ki, özəl sektor üçün xüsusi yükə çevrilib qeyri-formallaşmaya meyillik artsın. Qorxulu nöqtə budur. Ona görə də daimi təhlillər aparılaraq tədbirlər görülür”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar