Manevr.az xəbər verir ki, bu barədə tanınmış telejurnalist İradə İsaq şəxsi feysbuk hesabında qeyd edib.
Təbii ki, heç kimə belə deyilmirdi. İlhamə Quliyeva özünə güllər alıb, studiyaya başqalarının adından göndərdiyi kimi, bu qız da özünə güllər, hədiyyələr alıb instagrama qoyub, "təşəkkür edirəm dəyərin üçün, kocacığım" yazmaqdan birtəhər olmuşdu. İş o yerə gəlmişdi ki, öz ad gününü də özü keçirib, ərinin adına çıxırdı. Gədənin işi gəlib, şəkillərdə poz verməkdən ibarət idi.
Alfons da çox getmədi. Qadın "ərim, ailə, ailə dəyərləri" deyib gəzirdi, oğlanı yanında saxlamaq üçün şantajdan bəri hər şey etdi.
Qısqanclıq səhnələrini, başavurmalar əvəzlədi. Amma iş elə yerə çatdı ki, oğlan artıq günə min manat pula da bu qadına dözə bilmədi. Ona nə var, alfons adamdır, gedib bir az da yaşlı, amma pullu bir xala tapdı. 1 ildən sonra xanımdan tamamən itdi. Yeni xanımı ilə Türkiyəyə köçdülər.
Yəni bütün alfonslu ailələrin taleyini yaşadılar. Bir qızları olmuşdu. 2 yaşı olmamış ayrıldılar".