"Zəfər Günü ilə bağlı əfv olması ehtimalı demək olar ki, yoxdur".
Manevr.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Prezident yanında Əfv Komissiyasının üzvü Əlməmməd Nuriyev deyib.
O bildirib ki, bir ildə iki dəfə əfv sərəncamının verilməsi qeyri-mümkindir:
"Mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan əfv tarixində ən böyük sərəncamı imzalanıb və 800-dən artıq şəxs cəzadan azad edilib. Bundan əlavə bir il ərzində iki dəfə əfv sərəncamının verilməsi az gözləniləndir. Əlbəttə ki, bu, Prezidentin müstəsna səlahiyyətləridir”.
Əlməmməd Nuriyev hesab edir ki, əgər 8 noyabrda əfv sərəncamı gözlənilsəydi, o zaman Əfv Komissiyasının iclasları keçirilərdi:
"Cəmiyyətə bununla bağlı məlumat verilərdi. Bu günə kimi iclaslar keçirilməyib. Qısa vaxt qalıb, bundan sonra həmin iclasların keçirilməsi mümkün deyil”.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































