Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
BÜTÜN XƏBƏRLƏR

Gənclərin ürəktutmadan ölümü vaksinlə bağlıdır?

Tarix: 03-11-2023 08:50     Baxış: 3226 A- / A+


Vaksin haqqında yayılan informasiyanın heç bir elmi əsası yoxdur. Pandemiya başlayandan yanlış informasiyaların yayılması vaksinasiyanın aparılma prosesinə xeyli ziyan vurdu.

Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla ölkəmizdə gənc yaşlarda ürəktutmadan ölüm halının artmasının səbəbi kimi göstərilən vaksinlə bağlı danışarkən deyib.

Professor bildirib ki, koronavirusun orqanizmdə qoyduğu izlər var:

“Koronavirus keçirən insanlarda autimon, onkoloji və müxtəlif xəstəliklərin baş qaldırmasını müşahidə edirik. Əlbəttə, bu gün dünyada bunların koronavirusa nə dərəcədə bağlı olmasıyla bağlı çox intensiv işlər gedir və yəqin ki, yaxın vaxtlarda onun nəticələri elan olunacaq. Amma bunun vaksinasiyaya bağlılığı qətiyyən düzgün deyil”.

Adil Qeybullanın sözlərinə görə, ürək-damar xəstəliklərinin yaranmasının çox ciddi səbəbləri var:

“Birinci səbəb insanların təmbəlləşməsi, oturaq həyat tərzi, həddindən artıq çox qida və alkoqol qəbulu, az hərəkət etməsi və siqaret çəkməkdir. Bu məsələlər bu gün ürək-damar xəstəliklərinin əsasında dayanır. Biz əsas səbəbləri bunda axtarmalıyıq, nəinki digər faktorlarda”. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar