Xəbər lenti
“Nə qədər kədərlənsəm də, bir o qədər də sevinirəm ki, “Moderator.az” etibarlı əllərdədir"- Nadir İsrafilov
Bu gün səhəri açarkən sevindim ki, Azərbaycan informasiya məkanında özünəməxsus yer tutan xəbər portallarından biri “Moderator.az” saytının 11 yaşı tamam olur. Həm də çox üzüldüm ki, “Moderator.az” 11-ci ilini öz qurucusu peşəkar jurnalist, səmimi insan, etibarlı dost, doğulduğu torpağa dəlicəsinə bağlı, sözün bütün mənalarında əsil vətənpərvər Zülfüqar Hüseynzadəsiz yola salır...
İstər elmi-pedaqoj yaradıcılığım dövrü, istərsə də bir təhsil mütəxəssisi kimi fəaliyyətim ərzində bir çox informasiya vasitələri ilə əməkdaşlıq etmişəm. Açığını etiraf edim ki, bu çoxsaylı KİV-lərin heç də hamısında “Moderator az.”- a xas olan çeviklik, operativlik, dayanıqlılıq və işgüzar yanaşma nümayişinin şahidi olmamışam. Ədalət naminə deyim ki, “Moderator az.” fəaliyyəti ərzində cəmiyyətimizin ictimai-siyasi, maddi-mənəvi həyatında baş verən proseslərin obyektiv və hərtərəfli işıqlandırılması sahəsində öz adına layiq moderatorluq imkanlarını əsirgəməyib. O qədər də böyük olmayan zaman kəsiyində böyük oxucu kütləsinin rəğbətini qazanan bu sayt mənə bir də ona görə doğmadır ki, dövlət siyasətinin prioritet istiqamətlərindən sayılan təhsil sahəsini daim diqqətində saxlayıb, ümumdövlət, ümumxalq işi, ümummilli məsələ kimi bu sahənin mövcud vəziyyətinə və aktual problemlərinə geniş yer ayırıb.
Gecəsini-gündüzünü qəlbən bağlandıqları peşəyə həsr edən moderatorçulara dəyərli jurnalist və səmimi insan olan Zülfüqar Hüseynzadənin övladı Hüseyn Zülfüqaroğlu başda olmaqla yaradıcı fəaliyyətlərində aşkarlığın və şəffaflığın qorunması yolunda yeni uğurlar diləyirəm. Sevindirici haldır ki, “Moderatorun şinelindən” çıxan, Zülfüqar Hüseynzadə məktəbini keçən, digər saytlarda və fəaliyyət sahələrində çalışan əməkdaşlar da bu gün moderatorçuların yanındadırlar, öz mənəvi və təşkilati dəstəklərini əsirgəmirlər.
Arzum odur ki, kollektiv bu işgüzarlıq və prinsipiallıq ənənəsini heç olmasa 11-in yanına bir sıfır atılana qədər qoruyub saxlasın və daha da inkişaf etdirsin.“Moderatorçular” hər cür təbrikə və alqışa layiqdirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar