Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Hesablama Palatası nazirliklərin xərclərində uyğunsuzluqlar aşkarlayıb

Tarix: 31-10-2023 16:16     Baxış: 3333 A- / A+

“Hesablama Palatası tərəfindən aparılan təhlillər, 2024-cü ilin dövlət büdcəsində xərclərin nəzərdə tutulması ilə bağlı uyğunsuzluqların əksəriyyətinin aradan qaldırılması fonunda, bəzilərinin hələ də mövcud olduğunu göstərir”.
Manevr.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsinin layihəsinə verdiyi rəydə bildirilib.
Qeyd olunub ki, bəzi hallarda xərclər vahid büdcə təsnifatı ilə müəyyən edilən funksional və iqtisadi təsnifatın müvafiq istiqamətlərində (müvafiq təsnifatın bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımaddəsində) nəzərdə tutulmaq əvəzinə, digər istiqamətlərdə nəzərdə tutulur. Bu da dövlət büdcəsində məlumatların düzgün əks olunmamasına şərait yaradır.
Xatırladaq ki, Hesablama Palatası Azərbaycan Respublikasının Energetika Nazirliyi üzrə 6,1 mln. manatın (Digər enerji mənbələri) və 2,3 mln. manatın (Digər iqtisadi xidmətlər), tam olaraq “Sair xərclər” maddəsində proqnozlaşdırılmasının dəqiqləşdirilməsini təklif edir.
Eyni zamanda Hesablama Palatası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Sahibkarlığın inkişafı ilə bağlı tədbirlər) üzrə 4,4 mln. manatın “Dövlət müəssisələrinə subsidiyalar” paraqrafında proqnozlaşdırılmasının məqsədəuyğun olmadığını hesab edir.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar