Artıq neçə gündür ki, bir çox pərakəndə satış məntəqələrində “zavod çörəyi” 60 yox, 55 qəpiyə satılır. Bu da o deməkdir ki, çörək növbəti dəfə 9 faiz ucuzlaşıb.
Bəs, bu ucuzlaşmanın səbəbi nədir?
Manevr.az-ın məlumatına görə, məsələyə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirdi ki, çörəyin sonuncu dəfə bahalaşmasından sonra Azərbaycanda unun qiyməti 40 faiz ucuzlaşıb:
“Bu da sözsüz ki, çörəyin maya dəyərinə öz təsirini göstərir. Bir vaxtlar 50 kiloqramlıq un kisəsinin qiyməti 40 manat idisə, indi bu qiymət 26-27 manat arasında dəyişir. Əgər un kisəsinin qiymətində14 manat fərq yaranıbsa, bu da təbii ki, çörəyin qiymətinə təsirsiz ötüşmür. Təsadüfi deyil ki, son bir ildə “zavod çörəyi”nin qiyməti hər dəfə 5 qəpik olmaqla 3 dəfə ucuzlaşıb. Nəzərə alaq ki, “zavod çörəyi”nin maya dəyəri 30 qəpik ətrafındadır”.
Akif Nəsirli onu da əlavə edib ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə taxılın qiyməti 40, ötən ilin eyni dövrü ilə müqayisədə isə 28 faiz ucuzlaşıb:
“Bu qədər ucuzlaşma fonunda çörəyin qiymətinin cəmi 20 faizə yaxın ucuzlaşması çox azdır. Deməyim odur ki, hazırda “zavod çörəyi” maya dəyərindən 25 qəpik baha satılır. Bu da o deməkdir ki, çörək maya dəyərindən təxminən 2 dəfəyə yaxın baha satılır. Ona görə də çörəyin növbəti aylarda da ucuzlaşması gözləniləndir”.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































