Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

“Nitqin sənin kimliyindir“ layihəsi uğurla davam etdirilir -ŞƏKİLLƏR

Tarix: 30-10-2023 11:40     Baxış: 3460 A- / A+
   VII qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş İsmayıllı rayonu Qoşakənd kənd tam orta məktəbin “Nitqin sənin kimliyindir“ layihəsi çərçivəsində tədbirlər davam etdirilir.
Layihənin icra planına uyğun olaraq məktəbdə şagirdlər arasından diaqnostik sorğu əsasında seçilmiş 25 nəfərdən ibarət “Natiqlik və diksiya “ dərnəyi fəaliyyətə başlamışdır. Layihə rəhbərinin və təlimçilərin iştirakı ilə dərnəyin fəaliyyət planı hazırlanmışdır. Dərnəyin ilk seminarı 27 oktyabr 2023-cü il tarixində “Natiqlik sənəti nədir” mövzusuna həsr edilmişdir. Layihə rəhbəri Ziyəddin Mövlamov və təlimçi Şəlalə Abbasova şagirdlərə natiqlik sənəti barədə ətraflı məlumat vermişdirlər. Qeyd olunmuşdur ki, səlis, təsirli, inandırıcı və qüsursuz danışmağı bacarmaq hər kəsin arzusudur. Bu arzunun reallaşması üçün isə nitq və ünsiyyət yönümlü bacarıqların inkişaf etdirilməsi vacibdir. Nitqin inkişaf etdirilməsində bədii qiraətin də böyük əhəmiyyət daşıdığını vurğulayan layihə rəhbəri şagirdlərə nümunələr təqdim etmiş və daha çox mütaliə etməyi məsləhət görmüşdür.

Manevr.az















Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar