Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda bu ərazidə evlər söküləcək - VİDEO

Tarix: 30-10-2023 09:48     Baxış: 3160 A- / A+

Yasamal rayonu Abbas Mirzə Şərifzadə və Xıdır Mustafayev küçələrinin əhatəsində yerləşən evlərin aqibəti bəlli olub. Belə ki, qəzalı vəziyyətdə olan bu evlərin hamsı söküləcək.
Manevr.az xəbər verir ki, bu barədə "Xəzər Xəbər"ə ərazidə yaşayan sakinlər məlumat veriblər.

Ərazidəki evlərlə yanaşı iaşə obyektləri də sökülərək yerində müasir tələblərə uyğun binalar tikiləcək. Artıq ev və obyekt sahibləri ilə danışıqlara başlanılıb.

Sakinlər bildirir ki, ərazidə tikinti işlərini həyata keçirəcək şirkət sakinlərlə evlərinin müqabilində ev vəya kvadrat metrə uyğun kompensasiya təklif edir.
Amma, hələki şirkətlə razılığa gəlməyənlərdə var.

Sakinlərin bildirdiyinə görə, ərazidəki evlər və iaşə obyektləri dekabr ayının sonuna kimi tam boşaldılmalıdır.

Yasamal rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri qarşılıqlı razılıq əsasında "Fəxri" MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün icarə əsasında həmin MTK-nın istifadəsinə ayrılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintinin başlanılmasına icazə verilib. Hazırda şirkət tərəfindən ölçü və inventarlaşdırma işləri aparılır, lakin köçürmə və söküntü işlərinə başlanılmayıb. Ərazidə yerləşən tikililər əsasən köhnə tipli fərdi yaşayış evlərindən ibarətdir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar