Xəbər lenti
Quru sərhədlər yaxın vaxtlarda açılacaq - Rəsmi
Artıq müharibə başa çatdı, Qarabağ məsələsi tamamilə həll edildi, antiterror tədbirləri böyük uğurla yekunlaşdı. Bəzi iddialar bu istiqamətdə idi ki, Xankəndi və digər ərazilərimiz tam azad edilmədən quru sərhədlər açılmayacaq. Amma bu gün suverenliyimiz tam bərpa olunub. Maraqlıdır, bəs quru sərhədlərin açılmasına nə mane olur?
Manevr.az xəbər verir ki, deputat Ceyhun Məmmədov Globalinfo.az-a açıqlamasında quru sərhədlərin bağlı qalmasının müxtəlif səbəblərinin olduğunu bildirib.
O deyib ki, bu səbəblərdən biri də bəzi dünya dövlətlərinin Qərbdə yenidən belə xəstəliyin baş verəcəyi ilə bağlı səsləndirdiyi fikirlərdir:
“Yeniden pandemiya dövrünə qədəm qoyula biləcəyi, virusun təkrar yayılacağı mümkündür. Ona görə də, bu gün pandemiyanın bitdiyini, təhlükənin yenidən olmayacağını söyləmək mümkün deyil. Qeyd etdiyim kimi, bu problem hələ də dünyanı narahat etməkdədir və bununla bağlı müxtəlif müzakirələr aparılır. Biz yenidən o günlərə qayıtmayacağımızı ümid edirik, amma bu, yalnız bizdən asılı olan məsələ deyil”.
Deputat qeyd edib ki, quru sərhədlərin bağlı qalmasına həm də təhlükəsizlik aspektindən baxmağı bacarmalıyıq:
“Söhbət ondan gedir ki, bu gün həm regionumuzda, həm qonşu dövlətlərdə hələ də müəyyən problemlər yaşanır. Bu baxımdan da quru sərhədlərin tam açılması ölkəmizə müəyyən problemlər və çətinliklər yarada bilər. Hesab edirəm ki, biz hələ gözləməliyik. Hər şey nə vaxt öz qaydasına düşərsə, virusun yayılması haqda verilən proqnozlar aradan qalxarsa, problemlərin arxada qaldığı bildirilərsə, təhlükəsizliklə bağlı məsələlər öz həllini taparsa, o zaman biz addım ata bilərik. Hələ ki, səbir edib gözləməliyik. İnanıram ki, bir müddət sonra hər şey qaydasına düşəcək”.
Dövlət Sərhəd Xidmətindən isə bildirilib ki, sərhədlərin açılması gözlənilir:
“Quru sərhədlərin açılması Nazirlər Kabinetinin qərarına əsasən baş tutacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar