Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sinqapurlu kişi 150 min dollar almaq üçün oğurlandığını uydurub

Tarix: 28-10-2023 08:02     Baxış: 4233 A- / A+
Sinqapurlu bir kişi anasından pul almaq üçün oğurlandığını uydurub. Beləliklə, o, 150 min ABŞ dolları (255 min manat) qazanacağına ümid edib.

Çen Szısyan adlı kişi dostlarını ona bu işdə kömək etməyə razı salıb. Təyin olunmuş gündə oğul anasına zəng edərək naməlum şəxslər tərəfindən qaçırıldığını və yalnız pul ödədikdən sonra buraxılacağını bildirib. O, bunun daha inandırıcı olması üçün bədənində göyərmə izləri qoyaraq şəkil çəkib və anasına göndərib.

Bundan sonra Szısyanı qaçıran rolunu oynayan dostlarından biri pulun tez bir zamanda köçürülməsi üçün dostunun anasını hədələməyə başlayıb. Lakin qadının bu qədər pulu olmayıb və o, yalnız 700 ABŞ dolları (1190 manat) verə bilib.

Hər şey plana uyğun getmədiyi üçün Çen evə qayıdıb və evdə onu artıq anasının qorxaraq çağırdığı polis əməkdaşları gözləyiblər. Kişi fırıldağını etiraf etməli olub və borclarını ödəmək üçün fırıldağa əl atdığını bildirib.

Szısyanla birlikdə onun dostları da həbs ediliblər. Onlar dələduzluq məqsədilə əlbir olmaqda ittiham edilirlər. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar