Sizin Reklam Burada
Xəbər lenti
17-10-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirliyin keçmiş əməkdaşı tanışı ilə birgə həbs edildi

Tarix: 27-10-2023 13:15     Baxış: 4133 A- / A+
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda və digər əməllərdə təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

Manevr.az
-ın məlumata görə, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt Məşğulluq Mərkəzinin baş məsləhətçi vəzifəsində işləmiş Rövşən Xəlilov və tanışı Gülgün Nəsirovaya hökm oxunub.
R.Xəlilova 2 il məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay həbs cəzası verilib. Onun tanışı, 1989-cu il təvəllüdlü G.Nəsirovaya isə 1 il 6 ay məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 3 ay həbs cəzası verilib. Hər iki şəxs məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, daha əvvəl Baş Prokurorluq R.Xəlilov və G.Nəsirova barəsində məlumat yaymışdı. Bildirilmişdi ki, onlar qabaqcadan əlbir olaraq aldatma yolu ilə müxtəlif şəxslərə məxsus ümumilikdə 4 900 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, işlədiyi quruma məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 6 200 manat məbləğində özgə əmlakını təkrarən israf etməklə talayıb. Həmçinin faktiki olaraq işləməyən, lakin formal əmək müqavilələri bağlanmış şəxslərə ünvanlı dövlət sosial yardım təyin edilməsi üçün 11 200 manat məbləğdə pulu rüşvət qismində almasına, ayrı-ayrı şəxsləri rüşvət verməyə təhrik etməsinə, eləcə də qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törədiblər.

Toplanmış sübutlar əsasında Rövşən Xəlilov və Gülgün Nəsirova Cinayət Məcəlləsinin 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən dələduzluq), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən israf etmə), 311.3.2 (təkrar rüşvət alma), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib."Qafqazinfo”

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar