Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Qaçqınkom" məcburi köçkün olmayan şəxslərin müsahibəsinə aydınlıq gətirdi

Tarix: 25-10-2023 17:55     Baxış: 3272 A- / A+


“Azadlıq Radiosu” özünün sosial şəbəkə hesablarında Füzuli şəhərinə məcburi köçkünlərin qayıdışı barədə paylaşdığı videosüjetdə doğma yurda dönənlərin rəyləri ilə yanaşı özünün “ağır şəraitdə yaşadığını və köçürülmədən kənarda qaldığını” deyən bir neçə vətəndaşın iddialarını da ictimailəşdirərək, Böyük Qayıdış prosesinin gedişinə kölgə salmağa cəhd göstərib.
 
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən  verilən məlumata görə, videosüjetdə bəzi şəxslərin köçürülmədən kənarda qalmaq iddiaları ilə bağlı araşdırma aparılıb.
 
Araşdırma nəticəsində məlum olub ki, çəkilişin aparıldığı ünvanlardan biri Bakı şəhərinin Nərimanov rayonunda, “Koroğlu Rəhimov küçəsi, 824/835” ünvanında yerləşən tikintisi yarımçıq qalmış doğum evi binasının zirzəmisidir. Zirzəmidə müvəqqəti məskunlaşmış və uzun müddət ağır şəraitdə yaşayan ailələr 2018-ci ilin iyul ayında Bakı şəhərinin Qaradağ rayonunda salınmış “Qobu Park” yaşayış kompleksinə köçürülüb. Köçürülmə işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” əsasında aparılıb. 
 
Qaydanın tələblərinə uyğun olaraq, sözügedən ünvanda yaşayan 4 ailəyə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondundan yaşayış sahəsi verilməyib. Onlardan ikisi Ağdam rayonunun heç vaxt işğalda olmamış Mahrızlı kəndindəndir.
 
Videosüjetdə müsahibə verən iki şəxsdən biri - Məhərrəmova Alidə Əhəd qızı əslən Ermənistanın Amasiya rayonundandır. 2007-ci ilədək Abşeron rayonunda daimi qeydiyyatda olub. Sonra Xocalı rayonuna qeydiyyata düşüb. Məcburi köçkün statusu yoxdur. 

Digər müsahib - Vəlişova Aidə Kömək qızı Beyləqan rayonunun sakinidir, orada daimi qeydiyyatdadır. Yəni məcburi köçkün deyil. 
 
Daha bir müsahib - Almuradova Gülbahar Şahmurad qızı isə Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndindən məcburi köçkündür. Azərbaycan Texniki Universitetinin 1 saylı yataqxanasında müvəqqəti məskunlaşıb. Əbdürrəhmanlı kəndinin bərpasından sonra onun və ailə üzvlərinin doğma yurda geri qayıdışı təmin ediləcəkdir. 
 
İctimaiyyətin nəzərinə çatdırırıq ki, köç prosesi Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri, rayon icra hakimiyyətləri və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə şəffaf və ədalətli şəkildə aparılır. Hazırda Füzuli rayonu ərazisinə qayıdış yalnız yeni tikilən Füzuli şəhəri üzrə həyata keçirilir. Rayonun bir neçə kəndinin təməli qoyulub, tikinti işləri sürətlə davam edir. Məcburi köçkünlərin yeni mənzillərlə təminatı onların qeydiyyatda olduğu şəhər, kənd və qəsəbə üzrə köçürülmə qrafikinə uyğun həyata keçiriləcək. 
 
Böyük Qayıdış çərçivəsində indiyədək Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Laçın rayonunun Zabux kəndinə, Laçın və Füzuli şəhərlərinə ümumilikdə 727 ailə (2896 nəfər) köçürülüb. Doğma yurda köçürülənlər, əsasən, Abşeron rayonunda, Bakı və  Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
 Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar