Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

20 milyonluq qızılları Zamirə Hacıyevadan alınır - ŞƏKİLLƏR

Tarix: 25-10-2023 13:26     Baxış: 4349 A- / A+
20 milyonluq qızılları Zamirə Hacıyevadan alınır - Fotoları yayıldı
Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın 20 milyon dollarlıq qızıl-zinət əşyalarının müsadirə olunması ilə bağlı məhkəmə prosesi davam edir.
 
Manevr.az
“qafqazinfo”ya istinadən xəbər verir ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA-National Crime Agency) Zamirə Hacıyevanın qanunsuz yolla əldə etdiyi dəbdəbəli zinət əşyaları ilə bağlı məlumatları tam açıqlayıb.
 
Məhkəmədə NCA agentliyinin maraqlarını müdafiə edən vəkil Ketrin Kallaqan israrla Zamirə Hacıyevanın sırf dəbdəbə elementi olan 49 ədəd zərgərlik kolleksiyasını saxlamağa heç bir hüquqi əsasının olmadığını bildirib.
 
Bu məqamda bildirək ki, 60 yaşlı Z. Hacıyeva Böyük Britaniyada çirkli pulları hədəf alan “McMafia” qanunvericiliyinə görə məsuliyyətə cəlb olunan ilk xarici vətəndaş olub. O bu ölkədə ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində 2018-ci ilin noyabrın 6-da London polisi tərəfindən həbs olunmuş, 2 gün sonra sərbəst buraxılmışdı.
 

 
Vəkil bildirib ki, Hacıyeva ərinin bank fırıldaqçılığına görə Bakıda həbsdə olması və proseslərdə iştirak edə bilməməsi arqumentindən istifadə edərək müsadirənin qarşısını ala bilsə, bu, digər xarici maqnatların qaçmasını asanlaşdıracaq presedent yaradacaq.
 
Məhkəmədə ilk dəfə olaraq Zamirə Hacıyevanın Londonun məşhur “Harrods” univermağından aldığı və “The Evening Standard” qəzetinin ətraflı sadaladığı zinət əşyalarının şəkilləri təqdim olunub. 
 
Nəticə olaraq Hacıyevanın zinət əşyalarının taleyi qeyri-müəyyən olaraq qalır və məhkəmə yekun qərar qəbul edənə qədər proses təxirə salınıb.
 
Qeyd edək ki, NCA-nın hədəfində Zamirə Hacıyevanın Naytsbricdə Uolton küçəsindəki 15 milyon funt sterlinq dəyərindəki evi də var.
 
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Cahangir Hacıyev 2019-cu ildə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Eks-bankir Cinayət Məcəlləsinin “mənimsəmə və israfetmə”, həmçinin “vəzifə səlahiyyətindən sui-istifadə etmə” maddələri ilə ittiham olunub.
 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar