Sizin Reklam Burada
Xəbər lenti
17-10-2024
BÜTÜN XƏBƏRLƏR

Qərbi Azərbaycanla bağlı yeni sayt və kitabın təqdimatı olub

Tarix: 24-10-2023 14:23     Baxış: 4276 A- / A+

“İpək yolu – qloballaşmaya dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Görkəmli Qərbi Azərbaycanlılar: Elm, Təhsil və Mədəniyyət Məbədi - İrəvan” layihəsi çərçivəsində tədbir keçirib.

Manevr.az xəbər verir ki, oktyabrın 23-də Azərbaycan Universitetində təşkil olunan tədbir layihənin adına uyğun olaraq “Görkəmli Qərbi Azərbaycanlılar” adlandırılıb. Universitetin Siyasi elmlər kafedrası ilə birgə təşkil olunan tədbirdə layihə çərçivəsində hazırlanmış “Görkəmli Qərbi Azərbaycanlılar: Elm, Təhsil və Mədəniyyət Məbədi - İrəvan” adlı video-çarx nümayiş etdirilib, vebsayt və kitab təqdim olunub.
Universitetin professor-müəllim heyətinin, ictimaiyyət nümayəndələrinin, bakalavr və magistrantların iştirak etdiyi tədbir şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. “İpək yolu – qloballaşmaya dəstək” İctimai Birliyinin sədri, layihə rəhbəri, dosent Ədalət Əsədov layihənin mahiyyəti haqqında ətraflı məlumat verib. O, layihənin reallaşmasında dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, eləcə də tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycan Universitetinin rəhbərliyinə minnətdarlıq edib.
Layihə çərçivəsində görülən işlərdən danışan Ədalət Əsədov qeyd edib ki, həyata keçirilən fəaliyyətlərin başlıca məqsədi Qərbi Azərbaycanın tarixi həqiqətlərini ictimaiyyətə çatdırmaq və görkəmli şəxsiyyətlərini dünyaya tanıtmaqdır.
Daha sonra Azərbaycan Universitetinin “Siyasi elmlər kafedrası”nın müdiri, dosent Elvin Talışınski və digərləri çıxış edərək, layihənin əhəmiyyətindən, Qərbi Azərbaycanlıların tarixən doğma torpaqlarından didərgin salınmasından bəhs edib.
Layihənin eksperti isə Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin tanıdılması məqsədilə yaradılan www.westaz.az veb saytını təqdimatını edib,  layihə çərçivəsində hazırlanmış sayt iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tərbirin sonunda layihə çərçivəsində hazırlanan “Görkəmli Qərbi Azərbaycanlılar: Elm, Təhsil və Mədəniyyət Məbədi - İrəvan” adlı kitab iştirakçılara paylanıb.


      



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar