Sizin Reklam Burada
Xəbər lenti
17-10-2024
BÜTÜN XƏBƏRLƏR

MEDİA Avstriya mətbuatında dərc olunan saxta xəbərlə bağlı açıqlama yaydı

Tarix: 23-10-2023 16:11     Baxış: 3200 A- / A+

MEDİA Avstriya mətbuatında dərc olunan saxta xəbərlə bağlı açıqlama yaydı

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Avstriyanın “Der Standard” qəzetinin 21 oktyabr nömrəsində dərc olunmuş saxta xəbər (feyk nyus) əsaslı material barədə açıqlama yayıb. 
Manevr.az xəbər verir ki, MEDİA-nın açıqlamasında bildirilib:
 
“Avstriyanın “Der Standard” qəzeti 2023-cü il 21 oktyabr il tarixli nömrəsində “Dağlıq Qarabağda etnik təmizləmə təhlükəsi” başlıqlı reportaj yayımlanıb. Materialın müəllifi, telejurnalist Jo Angerer heç bir araşdırma aparmadan müxtəlif detalları fakt kimi təqdim edərək bu il sentyabrın 19-da Azərbaycanın öz ərazisində beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək apardığı lokal antiterror əməliyyatı barədə yanlış təəssürat yaratmışdır. Jurnalist auditoriyanı yönləndirmək məqsədilə xəbərin miqyası və məzmunundan daha çox onun şərh hissəsini manipulyasiya predmetinə çevirmiş, qarşı tərəfin rəyini nəzərə almayaraq jurnalistikanın balans prinsipini pozmuş, bölgədəki mövcud vəziyyəti obyektiv ifadə etməyən birtərəfli material hazırlamışdır.
 
Azərbaycan Respublikasının müvafiq rəsmi hakimiyyət orqanları hansı media subyektində çalışmasından və hansı ölkəni təmsil etməsindən asılı olmayaraq bütün jurnalistlərin informasiya əldə etmək hüququna hörmətlə yanaşır və jurnalist sorğularının operativ cavablandırılmasına hər zaman hazırdır. Vurğulamaq istərdik ki, nə “Der Standard” qəzeti, nə də Jo Angerer lokal antiterror əməliyyatı ilə bağlı Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına heç bir müraciət etməmişdir.
 
Qeyd edək ki, adıçəkilən qəzetdə verilmiş reportajda lokal antiterror əməliyyatı zamanı mülki əhalinin itkilərinin olması barədə uydurma versiyanın irəli sürülməsi saxta xəbərdir (“feyk nyus”). Belə ki, reportajda dəfələrlə Azərbaycan Respublikasının dəvəti ilə bölgədə səfərdə olaraq monitorinqlər aparmış Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasının lokal antiterror əməliyyatı zamanı mülki əhaliyə heç bir ziyan dəymədiyi və bununla bağlı hər hansı fakt qeydə alınmadığı barədə rəyi belə nəzərə alınmamışdır. Xatırlatmaq istərdik ki,
 
BMT-nin, Beynəxalq Qırmızı Xaç Komitəsinin və digər beynəlxalq təşkilatların əməkdaşları erməniəsilli sakinlərin Azərbaycan Respublikasının hərbi qüvvələri tərəfindən qovulması və onlara qarşı zor tətbiq edilməsi ilə bağlı heç bir hal təsdiq etməmişdir. Habelə erməniəsilli şəxslər bölgəyə gəlmiş beynəlxalq media subyektlərinə, eyni zamanda Ermənistanın aparıcı media qurumlarına verdikləri çoxsaylı açıqlamalarında mülki əhaliyə heç bir ziyan dəyməməsi faktını dəfələrlə vurğulamışlar.
 
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi olaraq “Der Standard” qəzetində şəxsi, subyektiv siyasi mülahizələr əsas götürülərək reallıqları təhrif edən, media etikası və jurnalistin peşəkarlığı prinsipləri ilə bir araya sığmayan materiala yer verilməsinin təəssüf hissi doğurduğunu bildirir, eyni zamanda sözügedən qəzeti Azərbaycan Respublikasının rəsmi mövqeyini nəzərə alaraq regionumuzda mövcud siyasi reallıqlar barədə material hazırlamağa çağırırıq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar