Sizin Reklam Burada
Xəbər lenti
17-10-2024
BÜTÜN XƏBƏRLƏR

8 veteran zabit kimi hərbi xidmətə qəbul edildi

Tarix: 23-10-2023 15:00     Baxış: 3203 A- / A+


 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş daha 8 veteranı həqiqi hərbi xidmətə qəbul edib. Xidmətə qəbul olunan zaman namizədlərin bilik və fiziki hazırlıq səviyyələri yoxlanılıb.
Manevr.az xəbər verir ki, bu barədə qurumdan yayılan məlumatda bildirilib.
Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov yeni həqiqi hərbi xidmətə qəbul olunan hərbi qulluqçularla görüşərək, onlara xidməti vəsiqələrini təqdim edib, tapşırıq və tövsiyələrini verib. 8 nəfərdən 4 nəfər leytenant rütbəsi ilə xidmətə qəbul edilib. Xidmətə qəbul olunan mülki şəxslərdən 4 nəfərə isə leytenant ilk hərbi rütbəsi verilib.
“Bu ilin avqust ayında biz 9 veteranı işə qəbul etmişik. Çox sevindirici haldır ki, İkinci Qarabağ müharibəsinin iştirakçıları xidməti davam etmək üçün bizim qurumu seçib. Məhz bu qəhrəmanların şücaəti nəticəsində bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. Artıq Xankəndi, Xocavənd, Xocalı, Əsgəran Ağdərə və Sərsəng su anbarının ərazisində də Azərbaycan bayrağı dalğalanır. Həqiqi hərbi xidmətə qəbul olunanlara uğurlar diləyirəm, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram”, - deyə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov bildirib.
Qeyd edək ki, hərbi xidmətə qəbul olunan veteranlar müharibədə iştirak etdiklərinə görə Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunublar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar