Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bu ərazilərdə qiymət bahalaşa bilər - Bakıda torpaq almaq istəyənlərin NƏZƏRİNƏ

Tarix: 22-10-2023 14:50     Baxış: 3327 A- / A+
"Növbəti ildən etibarən Bakıda torpağın bahalaşması gözlənilir”.

Manevr.az xəbər verir ki, bunu bizim.media-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.
Ekspert paytaxtda bahalaşmanı stimullaşdıran bəzi amillərin olduğunu bildirib:
"Həmin amillərdən biri də mərkəzdə çoxmərtəbəli binaların tikintisi üçün torpaq sahəsinin tapılmamasıdır. Buna görə də sahibkarlar şəhərin kənar məntəqələrinə üz tutmağa məcbur olurlar. Əsasən də, Binəqədi, Sabunçu, Abşeron, Xırdalan və digər istiqmətlərə üz tuturlar. Bu ərazilərdə çoxmərtəbəli bina tikintisi üçün yer tapmaq mümkündür”.
R.Qasımzadə vurğulayıb ki, mərkəzdə, xüsusilə də Nərimanov, Nəsimi, Səbail rayonlarında boş ərazi tapmaq müşkülə çevrilib:
"Bu ərazilərdə çoxmərtəbəli binaların tikintisi ilə bağlı torpaq əldə etmək üçün mütləq fərdi yaşayış evlərinin söküntüsü həyata keçirilməlidir. Bu da sahibkarlara xeyli baha başa gəlir. Ona görə ki, söküntü zamanı ilk növbədə vətəndaşa kompensasiya ödənilməlidir. Eyni zamanda, əgər torpaq sahəsi dövlətə məxsusdursa, özəlləşdirilməsini həyata keçirmək lazımdır. Bu da torpağın qiymətinin bahalaşmasına səbəb olan amillərdən birinə çevrilir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar