Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Zəfər Günündə əfv sərəncamı veriləcək?

Tarix: 21-10-2023 15:35     Baxış: 3470 A- / A+


Zəfər Günündə əfv sərəncamı veriləcək?


Azərbaycan xalqı Zəfər Gününün 3-cü ildönümünü qeyd etməyə hazırlaşır. Qarabağa nəzarətin ələ alınması  sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverinliyimizin tam təmin olunması builki Zəfər Günü abu-havasını daha fərqli edəcək.

8 Noyabr Zəfər Günü ilə bağlı böyük əfv sərəncamının imzalanıb-imzalanmayacağı da maraq doğurur.

Manevr.az-ın xəbərinə görə, Modern.az məsələ ilə bağlı hüquq medafiəçilərinin fikrini öyrənib.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin həmsədri Novella Cəfəroğlu əfv sərəncamının imzalanmasının tərəfdarı olduğunu bildirib:
 
"8 Noyabr Zəfər Günü ilə əlaqədar əfv sərəncamının olmasını çox istəyərdik. Bu bayramın hamı üçün olmasını ürəkdən arzulayırıq. Xüsusilə də, jurnalist dostlarımız və siyasi motivlərlə tutulan hər kəsin bayramda əfv sərəncamına düşməsi yaxşı olardı. Bununla biz hər işə qadir olduğumuzu bütün dünyaya göstərə bilərik. Çünki xarici qüvvələr sözləri qurtaran kimi "siyasi məhbuslar məsələsi"ni qaldırırlar. Onlar da yaxşı bilirlər ki, bütün ölkələrdə siyasi həbslər var. Gəlin, bununla sadəcə bir nümunə olaq".
 
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə Prezidentin hər an əfv sərəncamını imzalaya biləcəyini vurğulayıb:

"Bizdə artıq çox böyük əfv sərəncamı icra olunub. Həmin sərəncam çox sayda insanı əhatə etmişdi. Əfv sərəncamını vermək Prezidentin müstəsna hüququdur. H
Əfv sərəncamının imzalanmasının özlüyündə həm müsbət, həm də mənfi  tərəfləri var. Bir şəxs cinayət əməli törədibsə, onun barəsində cəza müəyyən edilibsə, bu həm də sosial ədalətin bərpa olunması üçündür. Əfv olunanda sosial ədalət prinsipi də pozula bilər. Bu elə olmalıdır ki, ədalətlilik prinsipi pozulmasın. Hesab edirəm ki, bir şəxs əfv olunmağı, cəzasının yüngülləşdirilməsini haqq edirsə, bunu vaxtında etmək lazımdır. Yox, buna haqqı yoxdursa, süni sürətdə hansısa əfvin mütəmadi qəbul olunmasının tərəfdarı deyiləm".

S.Məmmədov qeyd edib ki, hər əlamətdar gündə əfv olacaq
deyə, bir norma yoxdur:
"Azərabyacanda xeyli sayda əlamətdar gün var. Hər əlamətdar gündə bir əfv sərəncamı olmalıdırmı? Belə bir norma bizdə yoxdur. Əfv sərəncamı əlamətdar olmayan adi günlərdə də verilə bilər.  Bu Prezidentin səlahiyyətində olan məsələdir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar