Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
BÜTÜN XƏBƏRLƏR

Pullu yolda ödəniş bu qaydada olacaq - VİDEO

Tarix: 19-10-2023 09:28     Baxış: 4335 A- / A+

Ödənişli olacaq Bakı-Quba-Rusiya dövlət sərhəddi yeni avtomobil yolu yaxın vaxtlarda istifadəyə veriləcək.

Manevr.az
xəbər verir ki, bu yolda giriş-çıxış nöqtələri ilə yanaşı, sürücülərə yol boyu əlavə 4 yerdə də giriş-çıxış imkanları veriləcək. Avtomobil yolları dövlət agentliyinin sözçüsü Anar Nəcəfli deyir ki, başlanğıcını Hacı Zeynəlabdin Tağıyev qəsəbəsindən götürən yolda sürücülər 23-cü km-də Giləzidən, 53-cü km-də Siyəzəndən, 85-ci km-də Gəndobdan, 107-ci km-də isə xaçmazdan giriş və ya çıxış edə biləcəklər. Onlar avtomobillərinə və getdikləri məsafəyə uyğun ödəniş edəcəklər.

Məlumata görə, yolda radar da olmayacaq. Yəni sürücülərin sürətli və rahat hərəkəti üçün hər cür şərait yaradılacaq.
Həmçinin, sürücülərin avtomobili saxlayıb ödəniş etmələrinə də ehtiyac yoxdur. Bu sistem də avtomatlaşdırılır.

Anar Nəcəfli deyir ki, yoldan istifadə edənlər xüsusi kartlar əldə edəcəklər. Onların balansını isə onlayın artırmaq mümkün olacaq.
Bakı-Quba-Rusiya dövlət sərhəddi yeni avtomobil yolunun ümumi uzunluğu 150 km-dir. Həmin yolun 129 km-lik hissəsinin ödənişli olması nəzərdə tutulur.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar