Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Səssiz ölümlər mövsümü gəlir: Nələri bilməliyik? – CAVAB

Tarix: 18-10-2023 18:59     Baxış: 3462 A- / A+
Səssiz ölümlər mövsümü gəlir: Nələri bilməliyik? – CAVAB 
Hava temperaturunun aşağı düşməsi dəm qazından boğulma hallarının daha da artmasına səbəb olur. Müşahidələr göstərir ki, dəm qazından zəhərlənmə hallarına daha çox mənzillərin hamam otaqlarında baş verir.
Maraqlıdır, görəsən, dəm qazından boğulma hallarının baş verməməsi üçün hansı profilaktiki işlər aparılmalıdır?
Məsələ ilə bağlı Socar “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəisi Eldəniz Vəliyev açıqlamasında bildirib ki, qış aylarında qaza tələbat artdıqca dəm qazından boğulma hallarının sayı da çoxalır.
Onun sözlərinə görə, yay aylarında qapı, pəncərə daha çox açıq olur və evin havası mütəmadi olaraq dəyişir:
“Lakin qışda qapı-pəncərə bağlı olduğundan və oksigen çatışmazlığı səbəbindən mavi yanacaq dəm qazına çevrilir. Nəticədə həmin dəm qazı boğulma hallarına, hətta ölümə səbəb ola bilər. Bundan əlavə qaz qurğularının vanna otaqlarında yerləşdirilməsinin əleyhinəyik. Lakin bəzən müəyyən parametrləri gözləmək şərtilə bu kimi hallara yol verilir. Məsələn, təmiz havanın daxil olması üçün qapının aşağı hissəsində dəliklər olmalıdır, eyni zamanda otaq böyük olmalıdır. Çünki dar çərçivədə qaz qurğularının qurulması dəm qazının yaranma ehtimalını artırır. Bu baxımdan qaz qurğularının kənardan istifadəsi daha məsləhətlidir. Məhz bununla əlaqədar Socar “Azəriqaz” İB olaraq müxtəlif platformalarda abonentlər arasında təbliğat aparırıq”.
Eldəniz Vəliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, abonentlərə hər zaman kustar üsullarla düzəldilmiş qaz qurğularından istifadə etməməyi tövsiyə edirik:
“Çünki kustar üsullarla hazırlanmış qaz qurğularında təhlükəsizliklə bağlı heç bir parametr yoxdur. Bununla yanaşı, abonentlər ev geniş olsun deyə mətbəxi eyvana çıxarır. Burada da kustar üsulla və ya boru vasitəsilə çəkilmiş qaz xətləri gələcəkdə sızmalara və ya partlayışa səbəb olur. Partlayış olmasa belə sızma nəticəsində dəm qazından boğulma halları baş verə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar