“İşğaldan əvvəl Xankəndidə 12-15 min arası azərbaycanlı yaşayırdı. Həmin dövrdə statistikanı elə verirdilər ki, dəqiq sayı bilmək olmurdu. Onlar süni şəkildə ermənilərin sayını artırır, azərbaycanlıları isə azaldırdılar...”
Manevr.az bildirir ki, bu sözləri yenisabah.az-a sabiq millət vəkili, əslən Xankəndidən olan Flora Qasımova deyib.
Xəbər lenti
Xankəndi əhalisi nə vaxt geri qayıdır? – Say AÇIQLANDI
O, Xankəndidən olan azərbaycanlıların geri qayıdacağı günü səbirsizliklə gözlədiyini bildirib:
“Həmin dövrdə (işğaldan əvvəl) Xankəndidə çox sayda sənaye müəssisələri, universitet, texnikumlar yaradıldı və Xankəndiyə yaxın rayonlardan ora axın başladı. Tələbələr, müəllimlər gəlirdi, Xankəndidə yaşayanlarla ailə quranlar, sonradan orada işləyənlər olurdu və qalırdılar. Ona görə dəqiq sayı deyə bilmirik. Mən bir dəfə statistikanı dəqiq öyrənməyə çalışdım, lakin mümkün olmadı, çünki bunu onlar özləri istədikləri kimi yazırdılar. Amma 12 mindən çox azərbaycanlının Xankəndidə yaşadığı dəqiqdir.
O ki qaldı, Xankəndiyə qayıtmaq məsələsinə, xankəndililər o günü uzun illərdir ki, gözləyir. Hətta Şuşa azad ediləndə öz qohumlarıma dedim ki, gedin Şuşada yaşayın, amma hamısı dedi ki, xeyr, biz Xankəndini istəyirik. Xankəndi xanın bünövrəsini qoyduğu kənddir, biz hamımız mütləq ora qayıtmalıyıq. İllərlə ermənilər “Artsax” deyə oranı təqdim edib torpaq iddiasında olublar. Biz o torpağa mütləq qayıtmalıyıq və qayıdacağıq da!”
F.Qasımova Xankəndini tərk edən ermənilərin bir çoxunun vaxtilə əli qana bulanmış şəxslər olduğunu qeyd edib:
“İndi ermənilər car çəkib deyirlər ki, guya bu müharibədə etnik təmizləmə aparılıb, ermənilər Qarabağdan qovulub və s. Bu isə tamamilə yalandır, heç bir etnik təmizləmə olmayıb, Xankəndidə heç bir mülki binaya zərər dəyməyib, orada yaşayan mülki əhali Gəncədəki kimi ölməyib. Oradan gedənlərin əksəriyyəti əlləri qana batmış ermənilərdir, qorxularından qaçıblar. Onlar bilirdilər ki, vaxt gələcək özləri özlərini satacaqlar. Bunu vaxtilə də demişdim. Ermənilər dəfələrlə müxtəlif illərdə qırğınlar törədib və cəzasız qalıblar. Bu gün şükür edirəm ki, onların bir qismi Bakıda istintaq altındadır. Onları danışdırdıqca faktları açırlar, özləri özlərini satırlar. Ermənilərin bəzisi hadisələrin başladığı ilkin vaxtlardan nəticəni dərk edib Xankəndini tərk etmişdilər. Əgər onlar qayıtmaq istəsələr, cənab Prezidentin dediyi kimi, Azərbaycan Konstitusiyasını qəbul etməlidirlər. Bu zaman onların hüquqları, təhlükəsizlikləri qorunacaq. Başqa millətlər Azərbaycanda necə yaşayırsa, onlar da o cür yaşayacaq və hüquqlarından istifadə edəcəklər”.
Sabiq deputat ermənilərin bir çoxunun Xankəndiyə geri dönə bilməyəcəyini deyib:
“Mən bilirəm ki, cinayət törətmiş, vaxtilə əli qana batmış adamlar geri dönə bilməyəcək. Ona görə yox ki, vicdanları icazə verməyəcək, onlarda vicdan adlı hiss yoxdur. Onlar qorxduqları üçün geri dönə bilməyəcək. Ermənilər bizə qarşı görünməmiş üsullarla cinayətlər törədiblər. Bilirlər ki, gəlsələr belə ömür boyu səksəkə içində yaşayacaqlar. Ona görə inanmıram ki, ermənilərin böyük qismi yenidən geri qayıda”.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar