Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Nəcməddin Sadıqovun qaynı ilə Şərurlu İsfəndiyar arasında qalmaqal - TƏFƏRRÜAT

Tarix: 18-10-2023 17:18     Baxış: 3273 A- / A+

Nəcməddin Sadıqovun qaynı ilə Şərurlu İsfəndiyar arasında QALMAQAL - TƏFƏRRÜAT

Tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus "Şərur" Mənzil-Tikinti Kooperativi (MTK) məhkəməyə verilib. 
Manevr.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı Cərəyxanov Cərəyxan Abdullayeviçdir. Onun iddiası Yasamal Rayon Məhkəməsinin hakimi Kərim Xudayevin icraatındadır. Noybarın 14-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.
 
Mediada Cərəyxan Cərəyxanov Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun qaynı kimi təqdim edilir. Onunla "Şərur" MTK arasındakı mübahisə isə mənzillə bağlıdır. Məsələ burasındadır ki, MTK-nın sahibi İsfəndiyar Axundovun Elmir Məhərrəmov adlı şəxsə borcu olub. Həmin şəxs İsfəndiyar Axundovun şirkətinə 26 520 manat dəyərində şifer verib, lakin pulunu ala bilməyib. İsfəndiyar Axundov borc müqabilində Cərəyxan Cərəyxanova məxsus mənzilin sənədlərini girov kimi Elmir Məhərrəmova təqdim edib.
 
Ötən il mediada Elmir Məhərrəmovun bu məsələ barədə açıqlaması dərc olunub. Açıqlamadan məlum olur ki, İsfəndiyar Axundov borcunu ödəmək istəmir. Cərəyxan Cərəyxanova məxsus mənzilin sənədləri isə hələ də ondadır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar